“Ferrari” bolidlərinin son yarışlarda sürətinin artması hiss olunur.
Bu da komandanın yeni mühərrikinin sayəsində həyata keçir. Mətbuata açıqlamasında “Ferrari” pilotu Şarl Lekler artıq ötmə anlarında işlərinin asanlaşdığını söylyəib. O, ötən mövsümlə müqayisədə komandasının daha da gücləndiyini bildirib. Amma buna baxmayaraq, Lekler mühərrikin gücündə əsas rəqiblərindən geri qaldığını da etiraf edib.